Now Playing Tracks

Subaylıq sultanlıqdırmı? | Прекрасна ли, холостяцкая жизнь?

image

“Subaylıq sultanlıqdır” deyirlər. Düzdür, bu belədir. Sən istədiyin kimi davranırsan, istədiyini edirsən, yəni sərbəst həyat tərzi keçirirsən. Ancaq, bu sərbəstlik bəzilərimizdə valideyinlərin imkan verdiyi qədər, bəzilərimizdə isə sərhədsiz ola bilər . Və elə buna görə də evlilik sənə qorxulu bir yuxu kimi gəlir.

İnsanları evlilikdən qorxudan səbəblər.

Oğlanlar düşünür ki, evlənsəm mən artıq dostlarımla istədiyim qədər oturub əylənə, söhbət edə bilməyəcəm. Artıq özümdən başqa kiminsə də məsuliyyətini daşımalıyam. Evlənəcəm, daha sonra başlayacaq söz-söhbətlər, dava-dalaşlar. Və ən önəmlisi artıq mən həyatımda yalnız bir qadınla kifayətlənməliyəm. Qaydaları pozsam cəzam bir az ağır olacaq. Əvvəlki kimi söhbətdən asanlıqla can qurtara bilməyəcəm.

Qızlarsa düşünür ki, artıq həyatımda bir çox şeylərə sərhəd qoymalı, bəzilərindən isə tamamilə vaz keçməli olacağam. Qarşı tərəf saysız-hesabsız qadağalar qoyacaq. Şəxsi həyatımdan isə əsər-əlamət belə qalmayacaq. O artıq rəfiqələrlə görüşlərə, istədiyi kimi geyinməyə, istədiyi kimi davranmağa əlvida deməlidir.

Aman Allahım, necə də qorxuludur. Bütün bunları düşündükcə daha da əmin oluram ki, subaylıq sultanlıqdır və bəlkə də subaylıq həyatda ən gözəl şeydir.

Görəsən evlilik doğrudanmı bu qədər qorxuludur?

“Subaylıq sultanlıqdır” sözünü ürəkdolusu ilə deyənlər ya evliliyin, ya da xoşbəxt bir evliliyin nə olduğunu bilməyənlərdir. Çünki, əgər sən özün üçün uyğun olan insanla qarşılaşmısansa və münasibətləri ciddiləşdirmisinizsə, sənin xoşbəxt olmağına və subay vaxtı edə biləcəyin normal şeyləri etməyinə mane ola biləcək heçnə yoxdur. Sən evlənməklə həyatını qətiyyən oda atmırsan. Əksinə həyatda tək başına çəkdiyin yükü səninlə birgə çəkə biləcək ömürlük bir həyat yoldaşı qazanırsan özünə.

Bütün bunlardan əlavə, müəyyən bir yaş dövrü var ki, ondan sonra yalnızlıq insana ağır gəlir. Sən öz fikirlərini, sevincini, kədərini bölməyə həmdəm axtarırsan. Bir də ətrafına baxırsan ki, bütün dostların evlənib. Sevincini, kədərini başqasıyla bölüşür. Artıq onun üçün ilk sırada dayanan insan sən deyilsən. Üzünü çevirirsən başqa bir dostuna. Yenə də eyni səhnə ilə qarşılaşırsan.

Bir şeyi də unutmaq olmaz. İnsanın çoxlu dostlarının olması gözəl şeydir. Amma, insanın həyatında sevgilinin-həyat yoldaşının doldura biləcəyi boşluğu dostlar doldura bilməz. Xoşbəxt o insandır ki, həyatında sevdiyi insanın yerini dostlarıyla, dostlarının yerini isə sevdiyi insanla doldurmağa çalışmır.

Səni evlilikdən qorxudub, çəkindirən səbəbləri də yaradan nüanslar var. Bu nüanslar ya eşitdiklərin, ya da gördüklərindir.Yəni, ya kimsə sənin yanında evlilik həyatında olan problemlərdən danışıb, ya da sən özün buna şahid olmusan. Bəs sən necə əmin ola bilərsən ki, sənin də həyatında eyni problemlər olacaq və sən uğursuz bir evliliklə qarşılaşacaqsan?!

Bəli, oğlanlar həyatlarında yalnız bir qadınla kifayətlənməli olacaq. Amma bir şeydə var ki, subay dostlarınızdan fərqli olaraq siz onların yaşaya bilmədiyi çox gözəl bir duyğunu yaşayırsınız. Sizin gözəl, mehriban və isti bir yuvanız var. Onlarsa qorxaqlıqlarına görə bundan məhrumdurlar.

Unutma, insanlar, düşüncələr və xasiyyətlər fərqli olduğu kimi evliliklər də fərqlidir. Hər şey səndən və qarşı tərəfdən asılıdır. Subaylıq sultanlıqdırsa, evlilik də krallıqdır! 

image

Говорят, что лучше жить холостяцкой жизнью. Конечно, это так. Ты живешь вполне свободной жизнью: поступай, как хочешь, делай, что хочешь. Но эта свобода дана каждому по-своему: кому-то насколько позволяют родители, а кому-то и вовсе в безграничном количестве. Именно поэтому семейная жизнь кажется кошмарным сном.

Причины боязни семейной жизни.

Парни думают, что после того, как они создадут семью, у них больше не будет возможности проводить много времени с друзьями, веселиться, беседовать. Им нужно будет нести ответственность теперь не только за себя. Да и еще после свадьбы начнутся неприятные разговоры и ссоры. И самое главное, придется довольствоваться одной единственной женщиной. И при каком-либо нарушении правил, наказание будет сравнительно строже, не то, что раньше – можно было бы с легкостью увернуться.

А девушки в свою очередь думают, что теперь придется ограничиваться во многом, а от некоторых вещей и вообще отказаться. Противоположный пол станет очень многое запрещать. А о личной жизни не стоит даже и думать – ее вовсе не будет. Теперь ей придется попрощаться со встречами с подружками, своим стилем одежды и манерами.

Боже мой, как же все это страшно! От таких мыслей еще больше верится в то, что холостяцкая жизнь лучшая.

На самом ли деле семейная жизнь так страшна?

Наверное, люди, считающие холостяцкую жизнь лучшей, не знают, что такое счастливая семейная жизнь. Потому что, если ты встретил(а) вполне тебе подходящего человека, и отношения между вами серьезные, то ничто не может помешать тебе обрести счастье и делать все то, что ты делал(а) без семьи. Создать семью не значит распрощаться со своей жизнью. Наоборот, ты получаешь верного спутника, который разделит твой тяжелый жизненный груз.

Помимо этого, есть определенный возрастной период, после которого одиночество очень тяжко. Ты ищешь человека, с которым можешь поделиться своими мыслями, радостью и печалью. В один прекрасный день ты оглядываешься – а все друзья и товарищи уже семейные люди. Они делятся своей радостью и горечью с другими, а ты для них уже не на первом месте. И такая сцена является тебе везде.

Нельзя забывать и того, что много друзей – это отлично. Но друзья не заменят верного спутника жизни. Счастлив тот, кто не старается заменить любимого человека друзьями, и наоборот.

Естественно, есть такие нюансы, удерживающие тебя от создания семьи. Это или то, что ты слышал, или то, что ты видел. То есть, или кто-то рассказывал при тебе свои семейные проблемы, или ты видел их. Но как ты можешь быть уверен в том, что в твоей жизни будут те же самые проблемы и ты столкнешься с неудачной семейной жизнью?!

Да, парням придется довольствоваться одной женщиной. Но в отличие от ваших друзей-холостяков вы чувствуете то, чего не могут чувствовать они. Вы – обладатель мирного, теплого, прекрасного очага. А они лишены этого из-за своей трусости.

Нельзя забывать, что как различны люди, мнения и характеры, так и отличаются семьи. Все зависит от вас и вашей половинки. Быть холостым хорошо, а с семьей лучше!

To Tumblr, Love Pixel Union